AZ

“Məişət zorakılığına məruz qalan qadınlar "mühafizə orderi" haqqında məlumatsızdırlar" - Video

“Mühafizə orderi” digər ölkələrdə geniş şəkildə yayılmış olsa da, Azərbaycanda çox az qadın bundan xəbərsizdir. “Mühafizə orderi” bizə şiddət tətbiq edən, fiziki, emosional, iqtisadi, psixoloji zorakılığa məruz qoyan insanları bizdən uzaqlaşdıra bilən hüquqi bir sənəddir. Və bu sənədin şərtlərini pozan tərəflər müəyyən məsuliyyətə cəlb edilə bilərlər. “Mühafizə orderi” nədir, hansı müddətə verilir və nə kimi şərtləri olabilər və s. bu kimi sualları hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına müsahibəsində danışıb. Hüquqşünas bildirib ki, “mühafizə orderləri” məhkəmə tərəfindən təqdim olunur. Ramil Süleymanov / Foto: Bizimyol.info “Mühafizə orderi”nin 30 gündən 180 gün müddətinə qədər müddəti olur və bununla bağlı mütləq şəkildə ciddi əsaslar olmalıdır. Belə ki, müvafiq icra hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunur və şəxsin həqiqətən də ciddi mühafizə olunmasıyla bağlı təqdimat verilir. Və ya bununla bağlı müvafiq sənəd təqdim olunur və məhkəmə bundan sonra məişət zorakılığı ilə bağlı “mühafizə orderini” şəxsə təqdim edir”-deyə Ramil Süleymanov bildirib. Hüquqşünas vurğulayıb ki, “mühafizə orderi” ilə qarşı tərəfin üzərinə müvafiq vəzifələr qoyula bilər. Burada “mühafizə orderi”ni alan şəxsə qarşı hər hansı həddə qədər yaxınlaşmamaq, onu narahat etməmək, ona zəng etməmək, onu təqib etməmək və s. yer ala bilər. “Bütün bu proseslərin fonunda bu müddət ərzində qadın və ya kişi istəyərsə, boşanma üçün müraciət də edə bilər. Tərəflərin arasında rəsmi nikah yoxdursa, bu müddət ərzində onların ayrılması ilə bağlı bir proses başlamaqdadır”-deyə hüquqşünas bildirib. “Mühafizə orderi” mövzusu ilə bağlı Ramil Süleymanovun xüsusi müsahibəsinə Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında baxa bilərsiniz. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
Mənbələr
Şərh ()
Bağla