AZ

Paşinyan Brüsseldə istədiyini almadı, partiyası məyus olub...

Ermənistanın hakim Vətəndaş Sazişi Partiyası aprelin 5-də Brüsseldə baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel arasında keçirilən görüşün nəticəsindən şoka düşüb.Məqalədə bildirilib ki, hakim partiya Avropa İttifaqı və ABŞ-dən milyardlarla dollar yardım gözləyirdi, ancaq növbəti dörd il üçün yalnız 350 milyon avro və qrant şəklində dəstək vəd edilib: “Qərbin Ermənistanın mövcud hökumətinin “fədakarlıqlarını” qiymətləndirmədiyinə görə Vətəndaş Sazişi məyus olub. Dünən hakimiyyət dairələri bir-birinə təsəlli verirdilər. Onlar Nikol Paşinyanın hansısa gizli razılaşmaya nail olduğuna ümid edirlər. Buna görə Paşinyanla görüşü və məsələnin aydınlaşdırılmasını səbirsizliklə gözləyirlər”.Qeyd edilir ki, Paşinyanın komandasının üzvləri qəzəblənib, axı Qərb onların bu pullar uğrunda günlərlə necə aktiv şəkildə Rusiyaya çirkab atdığını qiymətləndirmədi.ZÜMRÜD

Seçilən
216
50
Mənbələr
Şərh ()
Bağla