AZ

Tur paketləri seçərkən aldanmamaq üçün nə edək? (ŞƏRH)

Turizm mövsümünün başlanmasına bir neçə ay qalıb. Artıq bəzi turizm şirkətləri xarici ölkələrə, xüsusi ilə Türkiyənin turizm şəhərlərinə tur paketlər təqdim edir. 

Bu tur paketlərin içində daha ucuz qiymətlərə də rast gəlmək olur. Həmin tur paketlərə də aviabiletlər, otel, qidalanma və transfer də  daxil olur. 

Bəs tur şirkətlərinin təqdim etdiyi bu paketləri seçərkən aldanmamaq üçün nə edək? İstirahətimizi daha ucuza başa gətirmək üçün nələrə diqqət etməliyik?

Bununla bağlı Valyuta.az-a danışan turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirir ki, istirahət üçün tur paketləri ilin əvvəlində - yanvar, fevral aylarında almaq daha sərfəlidir:

“Bu aylarda alınan tur paketlər daha ucuz olur. Həm də əvvəldən alarkən ödənişi iki hissəli etmək olur. İlkin ödəniş edilir, daha sonra səfərə gedəcəyiniz tarixdən bir həftə əvvələ qədər geri qalan məbləğ ödənilir”. 

Ekspert bildirib ki, indi dünyanın bütün turizm mərkəzləri daha ucuz quymətlərlə insanlar üçün əlçatan olub:

“Turizm şirkətləri qrup şəklində turlar təşkil edir. Bunlar isə daha ucuz, sərfəli və təhlükəsizdir. Məsələn, siz bu paketləri seçərkən baqaj problemi, dil problemi, getdiyiniz yerlərin naviqasiyası ilə bağlı problem yaşamırsınız. Qrup şəklində turlarla istənilən turizm şəhərinə səfərlər təşkil olunur”.

“Turizm şirkətlərinin təklif etdiyi paketləri seçərkən aldanmamaq üçün hansı məqamlara diqqət edək” sualına cavab olaraq Əziz Şiriyev bildirib ki, ilk olaraq həmin turizm şirkətlərinin ofisinin olmasına, Turizm Assosasiyasına üzv olub-olmamasına diqqət etmək lazımdır:

 İndi Assosasiyaya üzv olmaq çox çətindir. Çünki onlar öz üzv şirkətlərinin məsuliyyətlərini daşıyırlar.  Hələki dövlət səviyyəsində turizm şirkətlərinə ciddi təzyiqlər yoxdur.  Ancaq düşünürəm ki, dövlətin də bu sahədə tələbi artacaq. Ona görə də turizm şirkətlərinə məsləhət edərdim ki, öz işlərini indidən qaydaya qoymağa başlasınlar ki, sabah heç bir çətinliklə qarşılaşmasınlar". 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
3
Mənbələr
Şərh ()
Bağla