AZ

Laçında ağciyər xəstəlikləri ilə bağlı müayinələr təşkil edildi - Fotolar

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə işğaldan azad olunan ərazilərdə silsilə tədbirləri davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir aprelin 6-da Laçın şəhərində baş tutub.

Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən “Ağciyər xəstəliklərinin erkən aşkarlanması” proqramı çərçivəsində rayon əhalisinə tibbi xidmətlər göstərilib.

Aksiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Laçın rayon sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərməsi, həmçinin ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədini daşıyır.

Elmi-Tədqiqat Ağciyər Xəstlikləri İnstitutunun direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən əhalinin ətraflı müayinəsi aparılıb. Diaqnostik müayinələrdən döş qəfəsi orqanlarının rentgeni, xarici tənəffüs funksiyalarının spiroqraf vasitəsilə müayinəsi təşkil olunub. Eyni zamanda, Elektrokardioqramma (EKQ), Exokardioqrafiya (EXO-KQ), Mantu sınağı və arterial qan qazlarının tərkibinin təhlili aparılıb.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Aksiya zamanı 150-ə yaxın Laçın sakini hər biri ayrı-ayrılıqda 5 müayinədən keçiblər. Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı Laçın ictimaiəti üçün maarifləndirici tədbir təşkil olunub.

İnstitutun direktoru İradə Axundova bildirib ki, vaxtında aparılan diaqnostika və müntəzəm profilaktik müayinə xəstəliyin qarşısını almağa və ya patologiyanın inkişafının erkən mərhələsində müalicəyə başlamağa kömək edir. Həmçinin, profilaktik tədbirlərin ağciyər xəstəliklərinin qarşısını alması və tənəffüs sisteminin funksionallığının optimallaşdırmasında vacibliyi əhalinin diqqətinə çatdırılıb. Direktorun sözlərinə görə, müasir diaqnostika tənəffüs sisteminin patologiyalarını vaxtında müəyyən etməyə və erkən mərhələlərdə xəstəlikləri aşkarlamağa imkan verir. Eyni zamanda, sağlam həyat tərzinin prinsiplərinə riayət və siqaret çəkmə kimi zərərli vərdişdən imtinanın vacibliyi vurğulanıb.

Həmçinin, İnstitutun həkim-ftiziatrı Aysel Aslanova “Ağciyərlər xəstəlikləri haqqında nə bilirik” mövzusunda təqdimatla cıxış edib. Vərəm, bronxial astma, pnevmoniya, tütün çəkmə ilə bağlı xəstəliklərdən, həmin xəstəliklərin ilkin diaqnostikası, klinikası və ilkin əlamətləri barədə ümumi məlumat təqdim edilib.

Daha sonra İnstitunun skrininq məqsədilə istifadə etdiyi ən müasir müayinə üsullarından olan “smart” rentgen aparatı haqqında bilgilər verilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Seçilən
187
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18317
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17668
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16899
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15386
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
14591
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14413
Çingiz Mustafayevin toyudur - FOTOLAR
13176
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
12722
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10808
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10767
"Zaur, yenə çaşdın..." - VİDEO
8506
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7447
Minimum əmək haqqı nə qədər arta bilər?
6709
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6244
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5362
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5312
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
5199
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4963