AZ

Əməliyyat olundu, xərçəng olduğu üzə çıxdı: Şahzadənin ailəsi pulu ödəyə bilmir

Bu yaxınlarda xərçəng xəstəliyinə tutulduğunu açıqlayan Uels şahzadəsi Keyt Middltonun valideynləri çətin vəziyyətdədir.

Yanvar ayında keçirdiyi qarın əməliyyatından sonra görünməyən və onun yoxluğu ilə bağlı çoxlu fərziyyələr səslənən Uels şahzadəsi Uilyamın həyat yoldaşı Uels şahzadəsi Kate Middleton ötən həftələrdə ortaya çıxıb.

Video yayımlayaraq açıqlama verən Keyt xərçəng xəstəliyinə tutulduğunu bildirib:

“Mənə çox yaxşı baxan gözəl həkim heyətim var idi və buna görə çox minnətdaram. Əməliyyat uğurlu keçdi. Ancaq əməliyyatdan sonra aparılan analizlər xərçəngin olduğunu müəyyən etdi. Ona görə də həkim komandam mənə kimyaterapiya verdi”.

İngiltərənin “The Times” qəzetindəki xəbərə görə, Şahzadənin anası və atası Carole və Michael Middleton cütlüyünün The Party Pieces Company adlı şirkətlərinə görə 300 min dollardan çox borcu olduğu və bu pulu ödəməkdə çətinlik çəkdiyi ortaya çıxıb.

Seçilən
68
27
Mənbələr
Şərh ()
Bağla