AZ

Polşadakı NATO qırıcıları səmaya qaldırıldı

Aprelin 6-na keçən gecə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiyanın Ukrayna ərazisinə raket zərbəsi endirməsi səbəbindən öz və müttəfiqlərinin təyyarələrini səmaya qaldırıb.

Editor.az bildirir ki, bu barədə OK Polşa Silahlı Qüvvələri X-də məlumat verib: Polşa hərbçiləri təyyarələrin ölkənin cənub-şərq hissəsində səs-küyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bu gecə Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə raket zərbələri ilə bağlı intensiv fəaliyyəti müşahidə olunur. Polşanın hava məkanının təhlükəsizliyi üçün bütün lazımi prosedurlara başlanılıb”, -məlumatda deyilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
132
22
Mənbələr
Şərh ()
Bağla