AZ

Bakıda yeni ticarət mərkəzi tikiləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində ticarət mərkəzinin tikintisinə icazə verib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 674,74 kv. metr olacaq ticarət mərkəzi 1 mərtəbədən və zirzəmidən ibarət olacaq.

Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının və 4 mərtəbəli avtodayanacağın tikintisinə icazə verib.

Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

© Yeni Avaz

Seçilən
84
7
Mənbələr
Şərh ()
Bağla