AZ

Qaynadılmış, yoxsa qızardılmış yumurta – Hansı daha sağlamdır?

Yumurtanın faydalı olub-olmayacağı, əsasən hazırlanma üsulundan asılıdır. Bir çox insanları ən çox maraqlandıran suallardan biri də hansı bişirilmə formasının daha sağlam olmasıdır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri bu suala cavab veriblər. 

Bildirilir ki, hər gün qaynadılmış yumurta yemək olar (həftədə 6-dan çox olmamaq şərtilə). Ancaq hər gün qızardılmış yumurta yemək qəti qadağandır.

Kərə yağı ilə qızardılmış yumurta yalnız yüksək kalorili məhsul deyil, həm də xolesterol anbarıdır.

Dietoloqlar yüksək xolesterolu olan insanlara yumurta sarısı istehlakını məhdudlaşdırmağı məsləhət görürlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
124
20
Mənbələr
Şərh ()
Bağla