AZ

Almaniya Tiflisi təhdid etdi: Bu qanun qəbul olunsa...

"Xarici agentlər haqqında" qanunun qəbulu ilə əlaqədar Gürcüstan Avropa Birliyinə (AB) üzv olmaq üçün namizəd statusunu itirə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Sebastyan Fişer bildirib.

"Keçən il Gürcüstan vətəndaş cəmiyyətinin on minlərlə nümayəndəsinin bu qanun layihəsinə etirazı nəticəsində o, gündəmdən çıxarıldı. Gürcüstanın bu şansı itirib-itirməyəcəyinə AB-nin digər ölkələri ilə məsləhətləşmələrdə qərar veriləcək", - deyə XİN sözçüsü bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
340
6
Mənbələr
Şərh ()
Bağla