AZ

Rusiyada məşhur bankın təsisçisi görmə məhdudiyyətli müğənninin qarşısında biabır oldu - VİDEO

Rusiyada məşhur “Tinkoff” bankının təsisçisi və iş adamı Oleq Tinkov italyan müğənni Andrea Boçelli ilə oxuyandan sonra xoşagəlməz vəziyyətə düşüb.  

Bu barədə o, özünün sosial şəbəkə hesabından paylaşım edib.

Kadrlardan görünür ki, Tinkov italyan ifaçısı ilə duetdə coşqu ilə “O sole mio” mahnısını oxuyur. Mahnı bitdikdən sonra ilhamlanmış biznesmen ifaçıya tərəf sağ əlini qaldıraraq “beş vurmaq” istəyir, ancaq Boçellinin görmə məhdudiyyətli olduğunu unudur. Beləliklə, Tinkovun əli yöndəmsiz vəziyyətdə havada qalır.

Qeyd edək ki, Oleq Tinkov Rusiyadakı daxil edilib.

Seçilən
136
1
Mənbələr
Şərh ()
Bağla