AZ

Bakıda Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirildi

Bakıda təşkil edilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Milli Gimnastika Arenasındakı tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos iştirak ediblər.

İlk olaraq bədii hissədə "Talant şou" rəqs qrupunun çıxışı olub.

Ardınca iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra Namiq Əliyev çıxış edib. O, tədbir iştirakçılarını salamlayıb və idmançılara uğurlar arzulayıb.

Teodoros Hamakos idmançılar, rəsmi şəxslər və məşqçiləri salamlayıb. O, yarışa ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürlərini çatdırıb.

Daha sonra yunan-Roma güləşində yarımfinal mərhələsi başlayıb.

Xatırladaq ki, yarışda hər çəkidə 2 güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Bu gün start götürən turnir aprelin 7-də başa çatacaq.


Müəllif: Teleqraf.com
Seçilən
128
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3982
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3671
Bu yol qovşağında təmir işləri aparılacaq
3184
Bakıda hoteldə yanğın başlayıb
2754
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1854
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1703
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1559
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1502
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1486
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1295
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1276
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1197
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1183
Azərbaycan nefti ucuzlaşıb
1004
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
992
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
983
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
956
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
948
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
892
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
866