AZ

4 kəndin məsələsi “dalana dirənib”

Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə işğal altında saxladıqları kəndlərimizlə bağlı açıqlama verib. O, xüsusilə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmalı olduğu barədə bir neçə bəyanat səsləndirib. Hətta Paşinyan Tavuşda keçirdiyi görüşdə də həmin kəndlər barəsində “Onlar bizim ərazimiz deyil” ifadəsini işlədib. Amma bütün bəyanatlara baxmayaraq, Ermənistan hələ də kəndləri qaytarmır.  Hansısa beynəlxalq güclər bu prosesə əngəl olmağa çalışır, yoxsa Paşinyan hökuməti sadəcə öz sözünün üzərində dayanmır? Milli Məclisin deputatı Vüqar İskəndərov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Azərbaycanın 4 kəndinin qeyd-şərtsiz və təxirəsalınmaz məsələsi uzun müddətdir gündəmdədir:“Ermənistanın Baş naziri Nikol Paşinyan da dəfələrlə Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı açıqlamalar verib. O, hətta yaxın günlərdə həmin kəndlərin heç bir zaman Ermənistanın olmadığına dair bəyanat verib. Onsuz da Paşinyan Alma-Ata Bəyannaməsində Azərbaycanın ərazisinin 86,6 min kvadrat kilometr olduğunu tanımaqla, 8 anklav kəndini də ölkəmizə məxsus olduğunu etiraf edib. İndiki vəziyyətdə isə Qazaxın 4 kəndinin təcili olaraq geri qaytarılması məsələsi gündəmdədir”. Millət vəkilinin sözlərinə görə, əslində Paşinyan bu məsələdə oyun oynayır:“Birincisi, daxili auditoriyaya xitab edir və zaman ötdükcə erməni xalqını da baş verəcək hadisəyə hazırlayır. İkincisi isə daxildə hələ də gücünü itirməyən revanşist qüvvələr var. Üçüncüsü də xarici güclərdir. Çünki Ermənistan heç bir zaman müstəqil olmadığı üçün ona diktə olunan məsələləri həll etməlidir. Hal-hazırdakı hamiləri hələlik bu istiqamətdə əməli addım atmağa qoymurlar. Paşinyan belə bəyanatlar versə də, əməli addımlar ata bilmir”. Vüqar İskəndərov diqqətə çatdırıb ki, ən böyük problem də Ermənistanın özünün müstəqil siyasət həyata keçirə bilməməsidir:“Azərbaycan tələbini ortaya qoyub. Üstəlik, səbrimiz o qədər çox deyil. Düşünürük ki, bu məsələ yaxın zamanlarda öz həllini tapmalıdır. Azərbaycan anklav kəndləri işğaldan azad etmək üçün digər məsələlərə baxmaqla bağlı legitim hüququnu özündə saxlayır. Rəsmi İrəvan da bunu unutmamalıdır. Əslində, Ermənistan buna yaxşı bələddir və iki dəfə bunun ağrısını çəkib. Ona görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi tez bir zamanda qərar verməli və həmin kəndlər Azərbaycana qaytarılmalıdır”. Elmir Mustafa
“Cebhe.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
4
Mənbələr
Şərh ()
Bağla