AZ

Bu gecə Azərbaycanda növbəti Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən növbəti Qədr (əhya) gecəsidir.

BAKU.WS xəbər verir ki, Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə, yəni aprelin 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir.

Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

Seçilən
139
43
Mənbələr
Şərh ()
Bağla