AZ

"Rəşad Sadıqov mənə jest etdi, onatəşəkkürümü meydanda bildirəcəm"

“Zirə”nin yeni transferi Araz Abdullayev “Qəbələ”yə qarşı keçirilən Azərbaycan kubokunun ilk yarımfinal matçından (2:1) sonra sualları cavablandırıb.

Sportinfo.az 32 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:-

“Qəbələ” ilə matçda “Zirə”nin heyətində debüt etdiniz. Təəssüratlarınız necədir?

- Komandaya, baş məşqçiyə təşəkkür edirəm ki, mənə etimad göstərdilər, özümü göstərməyim üçün imkan yaratdılar. Mən də çalışıram məşqlərdə və oyunlarda etimadı doğruldum. Məqsədim gələcəkdə komandama daha çox fayda verməkdir.

- Ümumiyyətlə, “Zirə”yə keçidiniz necə alındı?

- Mənə jest etdilər. Bəzi dostlar və Rəşad müəllim sağ olsun. Çətin vaxtda mənə dəstək oldu. Buna görə ona təşəkkürümü bildirirəm. Əsas təşəkkürümü isə meydanda oyunumla bildirəcəyəm.

- Hələ yanvarda “Zirə”yə qoşulmaq üzrə olduğunuz deyilirdi. Həmin vaxt keçid niyə baş tutmamışdı?

- İndi alınıbsa, deməli, qismət belə imiş. Keçmişə yox, gələcəyə köklənmişəm.

- Mövsümün əvvəlində Kosovo klubuna transfer olundunuz. Qışda isə karyeranızı Gürcüstanda davam etdirmək ehtimalı var idi...

- Tək Gürcüstan yox, Qazaxıstandan da təklif almışdım. Lakin onlarla anlaşa bilmədik. Halbuki klubun düşərgəsində də olmuşdum. Amma alınmadı. Yenə deyirəm, hazırda bütün fikrimi “Zirə”nin uğurlarına yönəltmişəm.

- Gələcəkdə yenidən legioner həyatı yaşamaq barədə düşünürsünüz?

- Bəli, düşünürəm. Əvvəl fikirlər fərqli idi. Düşünürdük ki, kimsə 30 yaşa çatıbsa, deməli, daha xaricə yollanmaq üçün gecdir. Lakin indi fərqli düşünürəm. Əgər məşqlərə ciddi yanaşırsansa, nizam-intizama riayət edirsənsə, yuxu rejiminə diqqət yetirirsənsə, uzun müddət yaxşı formada qalmaq mümkündür.

- Son illər tez-tez klub dəyişirsiniz. “Zirə”də nə qədər qalmağı planlaşdırırsınız?

- İndi bu barədə çox düşünmürəm. Sadəcə bərpa olmağa köklənmişəm. Burda daha əvvəl birlikdə oynadığım şəxslərlə işləyirəm. Müqaviləm mövsümün sonuna kimidir. Razılıq olsa, sözləşməni daha 1 il müddətinə uzada bilərik. İndiki məqamda yalnız mövsümün son hissəsinə köklənmişəm.

- Millidə Rəşad Sadıqovla birgə oynamısınız, bu gün o, sizin baş məşqçinizdir. Futbolçu Rəşad Sadıqovla məşqçi Rəşad Sadıqov arasında hansı fərqlər var?

- Rəşad Sadıqovu hamımız tanıyırıq. Gözümüzü açandan onu millinin kapitanı kimi görmüşük. Sadıqovla işləmək mənim üçün həm rahatdır, həm də çətindir. Rahatdır ona görə ki, bir-birimizi çox yaxşı tanıyırıq. Çətin tərəfi isə odur ki, onun etimadını doğrultmalıyam.

- Klubda hər şey qaydasında getsə, Araz Abdullayevi yenidən millidə görə bilərik?

- Hər bir azərbaycanlı futbolçunun məqsədi millidə oynamaqdır. Avrokuboklarda da Azərbaycanı təmsil edirik. Bu da, millidə oynamaq da şərəfdir. İmkan düşsə, niyə də yenidən millidə forma geyinməyim?!

- Buna inam var?

- İnam həmişə var. Hər zaman inamlı olmuşam. Maksimum dərəcədə əlimdən gələni edəcəm ki, mənə etimad göstərən şəxslərin ümidlərini puç etməyim.

Seçilən
253
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4083
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3713
Bu yol qovşağında təmir işləri aparılacaq
3245
Bakıda hoteldə yanğın başlayıb
2773
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1881
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1722
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1568
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1527
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1520
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1355
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1315
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1225
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1211
Azərbaycan nefti ucuzlaşıb
1132
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1018
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1009
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
984
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
979
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
922
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
872