AZ

Daxili işlər naziri Hacıqabulda

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Rayon polis şöbəsinin inzibati binasında Hacıqabul, Şirvan, Salyan və Neftçala şəhər və rayonlarından qəbula gələn 87 vətəndaşın müraciətini dinləyən nazir onların problemlə­rinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciət­lərin əksəriyyətinin yerində həll olunması ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik Vi­layət Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 32 Vətən mühari­bəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 109 nəfər seçim turunun növbəti mərhələsinə bu­raxılıb.
XQ

Seçilən
150
14
Mənbələr
Şərh ()
Bağla