AZ

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar elan edib

Yaponiya Ticarət Nazirliyi Rusiyaya tədarükü qadağan ediləcək yeni kateqoriyalı sənaye mallarının siyahısını dərc edib.“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.Sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, termostatlar, nitroselüloz məhsulları və ağac emalı maşınları daxildir. Bütün bunların aprelin 17-dən etibarən Rusiyaya tədarükü yasaqlanacaq.Bundan başqa, Yaponiya mayın 10-dan sənaye istifadəsi istisna olmaqla Rusiya almazlarının idxalına qadağa qoyacaq; bu qərarı G7 ölkələri hələ dekabr ayında qəbul etmişdi.

Seçilən
163
12
Mənbələr
Şərh ()
Bağla