AZ

İtkin düşən şəxsin Kürdən meyiti tapılıb

Bir ay əvvəl itkin düşən şəxsin meyiti Kür çayının Neftçaladan keçən hissəsində tapılıb.

"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, bir ay əvvəl itkin düşən Salyan sakini, 67 yaşlı Süleymanov Hüseyn İsrafil oğlunun meyiti Kür çayının Neftçala rayonunun Qardaşbəyli kəndindən keçən hissəsində tapılıb.

Meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
147
23
Mənbələr
Şərh ()
Bağla