AZ

İran hədələdi, İsrail görün nə etdi...

İsrail mediası İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğunun binasını "bombalamasına" cavab verməklə hədələməsindən sonra Böyük Təl-Əviv Bölgəsində yerli hakimiyyət orqanlarının sığınacaqlar açmağı nəzərdən keçirdiyini bildirib. 

Yenisabah.az xarici mediaya istinadla bildirir ki, İsrail ordusu İranın aprelin 1-də Dəməşqdəki konsulluq binasına hava hücumundan sonra hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyat əsgərlər çağıracağını açıqlayıb. 

Qeyd edək ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla 7 nəfər həlak olub. İran hücuma cavab verəcəyini açıqlayıb və hadisəyə görə ABŞ-ı günahkar bilib. Təl-Əviv administrasiyası Dəməşqdəki İran konsulluğunun binasına hücuma görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
45
yenisabah.az

10Mənbələr