AZ

"Moskva ilə əlaqəni dayandırın" - Fransanın eks-prezidenti

"Paris Rusiya Müdafiə Nazirliyinin bəyanatlarından sonra Moskva ilə əlaqəni dayandırmalıdır". 

"Unikal" xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Fransua Olland "France Inter"ə müsahibəsində deyib. 

Siyasətçi hər iki ölkənin Müdafiə Nazirliyinin rəhbərləri arasında aparılan son danışıqları belə şərh edib.

"Rusiyanın bu müzakirələrdən necə istifadə etdiyini və hətta Fransanın Moskvadakı terror aktlarını dəstəkləyə biləcəyini etiraf etdiyini gördünüz. Tövsiyyəm: Rusiya ilə əlaqə kəsin deməkdir”, - o,  qeyd edib.

Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu rusiyalı həmkarı Sergey Şoyqunu "Crocus City Hall"da baş verən terror aktında Ukrayna və Qərbin əli olmadığını bildirmişdi. 

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
16
unikal.az

9Mənbələr