AZ

Azərbaycan millisinin AÇ-2024-dəki rəqibləri bəlli oldu

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil olunub.

Püşkatma nəticəsində son Avropa çempionatının qalibi Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Elşad Quliyevun baş məşqçisi olduğu kollektiv F qrupunda Fransa, İtaliya və Avstriya yığmaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.

A qrupu: Bosniya və Hersoqovina, Monteneqro, Sloveniya, Albaniya

B qrupu: Qazaxıstan, Ukrayna, İngiltərə, Yunanıstan

C qrupu: Slovakiya, Çexiya, İspaniya, Xorvatiya

D qrupu: Rumınya, Macarıstan, Polşa, Türkiyə.

E qrupu: Bolqarıstan, Serbiya, Gürcüstan, Portuqaliya

F qrupu: Azərbaycan, Fransa, İtaliya, Avstriya

Seçilən
112
9
Mənbələr
Şərh ()
Bağla