AZ

"Qəbələ"ni yarımcan buraxanlar indi xan kefindədir

“Qəbələ” Premyer Liqada qalmaq uğurunda mübarizə aparır.

Hazırda sonuncu pillədə olan bölgə klubunu ən yaxın izləyicisi olan “Kəpəz”dən 11 xal ayırır.

Söhbət ötən mövsüm Azərbaycan Kubokunu qazanan, ölkəmizi Konfrans Liqasında təmsil edən bir klubdan gedir.

Bəs 3-5 ayda nə dəyişdi ki, klub bu qədər eniş yaşadı?

Əslində səbəblər, günahkarlar çoxdur.

Və bu səbəblər arasında heyətin qorunmaması ön sırada durur.

Təsəvvür edin ki, eyni anda əsas heyətin 8 üzvü yayda “qırmızı qaralar”ı başqa klublara dəyişdi.

Onların gedişi “Qəbələ”nin ağ gününü qaraya çevirdi.

Parladıqları klub pis günlərini yaşadığı ortadadır. Bəs həmin futbolçuların günü-güzəranı necədir?

Səlahət Ağayev – Qapıçı “Səbail”də avrokuboklar üçün mübarizə aparır. Bayıl təmsilçisini ikinci pillədən cəmi 3 xal ayırır.

Ruan Renata və Məqsəd İsayev ikilisi “Zirə”nin uğurları üçün tər axıdır. Bir müddət lider kürsüsündə oturan paytaxt klubu indi avrokuboklara getməyin xəyalını qurur. Şansları da kifayət qədər böyükdür.

Rövlan Muradov – Yarımmüdafiəçi uğurlu mövsüm keçirən “Sumqayıt”ın əsas simalarından birinə çevrilməyi bacarıb.

İsnik Alimi – Şimali Makedoniyadan olan legionerin Rumıniyadakı günlərinin xoş keçdiyini deyə bilərik. Şərəfini qoruduğu “Sepsi” hazırda avrokuboklar üçün mübarizə aparır. 30 yaşlı yarımmüdafiəçi də bu işdə yaxın kömək edir. O, bütün turnirlər daxil meydana çıxdığı 30 matçda 7 qol, 3 asistlə yadda qalıb.

Felipe Santos – Braziliyalı vinger ötən yay İsrailə pənah apardı. Onun formasını geyindiyi Hayfa “Hapoel”i İsrail çempionatında 4-cü pillədə gedir. İlk üçlükdən 2 xal uzaqda olan klub gerisindən gələn rəqiblərdən ən pis halda 13 xal irəlidədir. 27 oyundan meydana çıxan Felipe bir qol, bir asistlə yadda qalıb.

Rafael Utziq – Yarımmüdafiəçi “Qəbələ”ni Cənubi Koreya təmsilçisi “Sunqam Asan”a dəyişmişdi. Burada keçirdiyi 16 oyunda 1 qol, 1 məhsuldar ötürmə edən, durumundan məmnun olmayan braziliyalı yenidən Azərbaycana qayıtmağa qərar verdi. “Zirə” qış fasiləsində onu heyətinə cəlb etdi. Vinger bununla da Ruan Renato, Məqsəd İsayevin ardınca paytaxt təmsilçisinə qoşulan üçüncü sabiq “Qəbələ”li oldu.

Ramon Maçado – O, Azərbaycandan ayrılandan Malayziyanın “Sabah” klubunda karyerasını davam etdirir. 32 yaşlı forvardın burada işləri heç də pis getmir. Cənubi Amerikalı “Sabah” formasında meydana çıxdığı 20 görüşdə 13 qol, 4 qol ötürməsi ilə yadda qalıb.

Gördüyünüz kimi, Rafael Utziq xaric digərləri getdikləri yerlərdə xan kefini çəkirlər. Hər birinin klubu iddialılar sırasında yer alıb, yaxşı maaşları yerində, qələbələrə görə aldıqları yüksək mükafatlara da söz ola bilməz.

Yəqin ki, “Qəbələ”də futbolçularla danışıqlara cavabdeh olan şəxslər ötən mövsümün sonu maksimum ekonom rejimə keçməsə, simiclik etməsə, yaydakı keçid dövrünü uğurla arxada qoymasını bilsəydilər, bu gün klub da həmin xan kefindən dadardı.

XANOĞLAN İMANOV

Seçilən
116
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3763
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3552
Bu yol qovşağında təmir işləri aparılacaq
3033
Bakıda hoteldə yanğın başlayıb
2590
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1749
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1626
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1518
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1420
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1246
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1239
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1216
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1112
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1050
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
932
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
924
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
896
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
878
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
843
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
815
Sabah 5 kəndin qazı kəsiləcək
767