AZ

Tonaliyə növbəti ittiham irəli sürüldü

Sandro Tonaliyə növbəti ittiham irəli sürülüb. İngiltərə Futbol Assosiasiyası “Nyukasl”ın yarımmüdafiəçisini mərc oyunlarında daha 50 qayda pozuntusuna yol verməkdə ittiham edib.

Assosiasiyanın bu barədə yaydığı bəyanatda belə deyilir: “Sandro Tonali mərc oyun qaydalarının pozulması ilə bağlı qanunsuzluqda ittiham olunub.

“Nyukasl”ın yarımmüdafiəçisinin 12 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixləri arasında futbol matçlarına mərc edərkən 50 dəfə qaydaları pozduğu iddia edilir. Sandro Tonali sorğuya 2024-cü il aprelin 5-dək cavab verməlidi”.
Xatırladaq ki, italyan futbolçu ötən ilin oktyabrında “Milan”da çıxış edərkən qanunsuz mərc oyunları oynadığına görə 10 aylıq diskvalifikasiya edilmişdi. O, bu səbəbdən İngiltərə premyer-liqasında mövsümünün qalan hissəsini, həmçinin AÇ-2024-ü buraxacaq.

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla