AZ

Ərdoğanın partiyası 1 səslə məğlub oldu: seçki yenidən keçiriləcək

"İYİ Partiya"nın namizədinin 1 səs fərqi ilə qalib gəldiyi Aksarayın Güzelyurt mahalında AKP nəticələrə etiraz edib. Dairə Seçki Şurası öz qərarından sonra seçkinin yenilənəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki,AKP səlahiyyətliləri məhdud seçici səs verdiyi səbəbini əsas gətirərək nəticələrə etiraz edidiblər.

Yoxlamadan sonra Dairə Seçki Şurası etirazı qəbul edib və seçkinin yenidən keçirilməsinə qərar verib. Aprelin 5-də yerli vaxtla saat 17:00-a qədər dairə seçki komissiyalarının qərarlarına etiraz edilə bilər. Bu etirazlar aprelin 7-si saat 17:00-ə qədər seçki heyəti tərəfindən qərara alınacaq.

Qeyri-müəyyən nəticələrə görə, İYİ Partiyasının namizədi Hazim Turan 549 səslə Güzelyurt bələdiyyə başqanlığını qazanıb. AKP namizədi Ünal Demircioğlu 548 səs toplayıb.

Seçilən
211
15
Mənbələr
Şərh ()
Bağla