AZ

Kulis.az 13 yaşında

Bu gün “APA Group”a daxil olan Kulis.az mədəniyyət portalının yaranmasından 13 il ötür.
 
Portal 2011-ci il aprelin 4-dən internet istifadəçilərinin ixtiyarındadır. Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.
 
Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir.
 
Moderator.az kollektivi Kulis.az portalında çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır. 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
254
3
moderator.az

4Mənbələr