AZ

“Zərifə Əliyeva” gəmi-bərəsi təmirdən sonra yenidən yükdaşımalara cəlb olunub

“Zərifə
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin tərsanə təmiri başa çatıb. 1news.az xəbər verir ki,"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir prosesi çərçivəsində gəmi üzrə boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon və avtomobil göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda zəruri işlər yerinə yetirilib. Təmir başa çatdıqdan sonra gəmi-bərə yenidən yükdaşımalara cəlb olunub.

Zərifə Əliyeva” RoPax tipli unikal gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Seçilən
41
7
Mənbələr
Şərh ()
Bağla