AZ

İranda ötən il 900-ə yaxın məhbus edam edilib

Beynəlxalq Əfv Təşkilatı dünən bildirib ki, keçən il İranda 853 məhbus edam olunub. Bu da son 8 ildə ən yüksək rəqəmdir.
Vətəninfo.az xəbər verir ki,  sözügedən təşkilat İranda 2023-cü ildə ölkə həbsxanalarını kütləvi qətl yerinə çevirən edam dalğasını dayandırmaq üçün dünya ölkələrini addım atmağa çağırıb.
Araşdırmalar göstərir ki, İranda son bir ildə 481 edam cəzası narkotikcinayətləri ilə bağlı olub. Bu göstərici isə həmin ildə bütün edamların yarısından çoxunu əhatə edir.
Qeyd olunub ki, Beynəlxalq Əfv Təşkilatı İran hökumətini “Qadın, Həyat, Azadlıq” şüarı altında etirazlardan sonra ölüm cəzasını gücləndirməklə insanlarda qorxu yaratmaqda ittiham edib.

Seçilən
146
6
Mənbələr
Şərh ()
Bağla