AZ

Rusiya Fransaya xəbərdarlıq etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornuya Ukraynaya qoşun yeridəcəkləri təqdirdə Fransa üçün problem yaradacağı ilə bağlı xəbərdarlıq edib. 

AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şoyqunun Fransa tərəfinin \"israrlı tələbi” ilə Lekornu ilə telefon danışığı apardığı bildirilib. 

Açıqlamada Lekornu Moskvada \"Crocus Hall City\" konsert salonunda törədilən terror aktı ilə bağlı başsağlığı verib və eyni zamanda Lekornu Ukrayna və Qərb ölkələrinin terror aktında iştirak etmədiyinə inandırmağa çalışıb. 

Rusiya naziri Şoyqu açıqlamasında terror aktı ilə bağlı istintaqın yekunlaşacağını və günahkarların cəzalandırılacağını vurğulayaraq, terror aktının təşkilində Ukraynanın izinin olduğuna dair məlumatların olduğu qeyd edilib.

Açıqlamada Şoyqu fransalı həmkarı Lekornuya \"Kiyev rejimi Qərb kuratorlarının razılığı olmadan heç bir iş görmür. Ümid edirik ki, bu hadisənin arxasında fransız kəşfiyyatı dayanmır\", - deyib. 

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
251
9
Mənbələr
Şərh ()
Bağla