AZ

Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz?

Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. Vitamin çatışmazlığı orqanizmdə bir çox problemlər yaradır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, əlamətlərinə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyinizi təxmini müəyyən edə bilərsiniz.

- Uzunmüddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulması - B1, B12 vitamini çatışmazlığı;

- Dəri xəstəlikləri və sinir sistemi pozuntuları, eləcə də dodaq və dildə çatların əmələ gəlməsi - B6 vitamini çatışmazlığı;

- Qan azlığı - Fol turşusu, B12 vitamini və ya dəmir çatışmazlığı;

- Saç və dırnaq problemləri - H vitamini (biotin) və B7 vitamini çatışmazlığı;

- Görmə problemləri - A vitamini çatışmazlığı;

- Sümük ağrıları - D vitamini çatışmazlığı;

Qeyd edək ki, dəqiq nəticə üçün həkimə müraciət edib testlərdən keçmək vacibdir. Özbaşına vitamin əlavəsi almaq tövsiyə edilmir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
406
7
milli.az

8Mənbələr