AZ

Saxtakarlıq edən məktəb direktorunun məhkəməsi başlayır

Cəlilabadda işə gəlməyən işçilərə əməkhaqqı yazdırmaqda təqsirləndirilən rayonun Ocaqlı kənd 2 nömrəli tam orta məktəbinin direktoru Azər Əsgərovun cinayət işi məhkəməyə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanaraq aidiyyəti üzrə Cəlilabad Rayon Prokurorluğuna göndərilmiş cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Azər Əsgərovun direktor səlahiyyətlərini icra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Azər Əsgərova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Bizim.Media

Seçilən
125
34
Mənbələr
Şərh ()
Bağla