AZ

Rusiya səfirliyindən İrəvana çağırış

Moskva ilə İrəvan arasında birbaşa dialoq nəticəsində “müttəfiqlik normallaşmasına” qayıtmaq yeganə ağlabatan həll yoludur.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.

“Biz əminik ki, Moskva və İrəvan arasında birbaşa dialoq nəticəsində yığılmış disbalansın düzəldilməsi və “müttəfiqlik normallaşmasına” qayıtmaq nəinki mümkün, həm də yeganə ağlabatan həll yoludur”, - deyə "Telegram" kanalında paylaşılan mesajda deyilir.

Mesajda həmçinin qeyd olunub ki, Rusiya və Ermənistan ümumi inteqrasiya birliklərinin (Aİİ, KTMT və MDB) üzvləridir və BMT strukturları çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Ölkələr arasında müxtəlif sahələrdə 200-ə yaxın əməkdaşlıq müqaviləsi var.

“Rusiya müttəfiqi və mühüm tərəfdaşı kimi Ermənistanla dostluq əlaqələrinin möhkəmləndirilməsinə həmişə xüsusi önəm verib”, - deyə bəyanatda qeyd olunub.

Seçilən
174
50
Mənbələr
Şərh ()
Bağla