AZ

Dünya Bankının iqlim maliyyələşdirməsinin həcmi 2023-cü ildə rekord səviyyəyə çatıb

Dünya Bankının iqlim maliyyələşdirməsi 2023-cü ildə rekord həddə çatıb və 29,4 milyard ABŞ dolları təşkil edib ki, bu da IBRD və IDA-nın ümumi maliyyələşdirməsinin 40 %-ni təşkil edir.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Dünya Bankı gələcəkdə təkcə iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin həcminə diqqət yetirməməyi planlaşdırır.

“Biz investisiyalarımızın təsirini izləməklə problemə daha geniş yanaşmaq niyyətindəyik. Layihələrimiz sayəsində tullantıların həcmi azalır, hava daha təmiz olur, suyun keyfiyyəti və əhalinin sağlamlığı yaxşılaşır. Bəs iqlim maliyyələşdirməsinin təmin etdiyi dəyişikliyin miqyası nə qədərdir? O, dünya ictimaiyyətinin sıfır emissiyaya nail olmağa və iqlim dəyişikliyinin təsirlərindən qorunmağa imkan verəcək inkişaf yollarının təşviqinə necə kömək edir? İqlim və inkişaf məsələlərini birlikdə həll etmək üçün Dünya Bankı ölkələrdə istixana qazı emissiyalarını azaltmaq üçün strategiyalar axtarır, digər yandan da mühüm yeni diaqnostik alət vasitəsilə - ölkələr üzrə iqlim və inkişaf hesabatları ilə davamlı inkişafı dəstəkləyir.

20-dən çox ölkəni əhatə edən birinci belə hesabat göstərir ki, iqlim dəyişikliyi uzunmüddətli inkişaf məqsədlərinə çox ciddi təhlükə yaradır, lakin ölkələr böyük dəyişikliklərə razı olsalar, emissiyaları azalda bilərlər və onların iqtisadiyyatları böyüməyə davam edir. Belə keçidi həyata keçirmək üçün lazım olan maliyyə resursları orta hesabla ÜDM-in təxminən 1,4 %-ni təşkil edir - özəl sektorun lazımi iştirakı ilə bu məbləğ kifayət qədər əlçatandır. Bununla belə, aşağı gəlirli ölkələrdə tələb olunan maliyyələşdirmə ÜDM-in 5 %-ni keçə bilər ki, bu da yüksək gəlirli ölkələrdən daha çox dəstək, o cümlədən daha güzəştli maliyyələşdirmə tələb edəcək”, - hesabatda qeyd olunur.

Dünya Bankı həmçinin davamlı inkişafa nail olmaq və yoxsulluğa son qoymaqla yanaşı, qlobal istiləşmənin 2°C, imkan olarsa 1,5°C ilə məhdudlaşdırılmasında irəliyə doğru mühüm addımı təmsil edən yeni maliyyələşdirmə əməliyyatlarını Paris Sazişinin məqsədlərinə uyğunlaşdırmağı öhdəsinə götürüb. Bank qeyd edir ki, 1 iyul 2023-cü ildən bəri Dünya Bankının bütün maliyyələşdirmə əməliyyatları bu öhdəliyə uyğundur.

“2021–2025-ci illər üzrə İqlim Fəaliyyət Planımıza əsasən, bütün bank əməliyyatlarını yoxlamaq üçün Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılmış Çoxtərəfli İnkişaf Banklarının Birgə Yanaşması vasitəsilə hazırlanmış metodologiyalardan istifadə edəcəyik.

Bankın baş ofisində İqlim Dəyişikliyi ilə Mübarizə üzrə Maliyyə Nazirləri Koalisiyasının katibliyi fəaliyyət göstərir. 86 ölkənin maliyyə nazirliyini və 26 institusional tərəfdaşı birləşdirən bu koalisiya 2023-cü ildə Dünya Bankı və IMF-in yaz toplantıları zamanı yaradılıb. Onun əsas məqsədi iqlim dəyişikliyi və ədalətli keçidin iqtisadi gündəmdə əsas yer tutmasını təmin etmək, ölkələrin üzləşdiyi strateji problemləri müzakirə etmək və strategiyaların həyata keçirilməsində səmərəli təcrübəni bölüşməkdir. Koalisiya həmçinin maliyyə nazirliklərinə iqlim fəaliyyətinə üstünlük verməyə kömək etmək üçün yeni tövsiyələr dərc edib. Siyasi qərarlar qəbuluna cavabdeh şəxslər həmçinin ən çox çirkləndirici sənaye və fəaliyyətləri karbonsuzlaşdırmağı hədəfləyən “keçid maliyyəsi”ni də müzakirə edib və potensialın artırılması və yeni “yaşıl” siyasət və proseslərin həyata keçirilməsi üçün proqramları genişləndirib. Koalisiyanın gələcək işlərinə İndoneziya və Niderland rəhbərlik edəcək”, - hesabatda vurğulanır.

Seçilən
175
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
15927
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15659
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15342
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13256
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11880
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9480
"Zaur, yenə çaşdın..." - VİDEO
7825
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5975
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5814
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5042
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4909
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4393
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4202
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4046
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3229
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3197
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2966
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2947
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2790