AZ

Mariya Zaxarova: Ermənistan hakimiyyəti Qərb ölkələri ilə yaxınlaşmaqla öz xalqına xəyanət edir

Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı (Aİ) və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir.

AZXEBER.COM xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, Ermənistanın Qərb ölkələri ilə əlaqələri erməni xalqının maraqlarına xələl gətirir: \"Söhbət ondan gedir ki, onlar bizə, tərəfdaşlarına və müttəfiqlərinə deyil, öz xalqlarına xəyanət edirlər. Problem də məhz bundadır”.
Seçilən
168
4
Mənbələr
Şərh ()
Bağla