AZ

Goranboyda məktəbdə insident - Şagirdlər bir-birinə xəsarət yetirdi

Aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb.Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.Qeyd edilib ki, hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər."Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - deyə əlavə edilib.

Seçilən
161
30
Mənbələr
Şərh ()
Bağla