AZ

Erməni deputat Aprel döyüşü barədə "yer- göy yalanı" uydurdu...

Abutalıb Səmədov: “Aprel döyüşləri zamanı Azərbaycan ordusunun irəli getməsinə Rusiya mane oldu, Rusiya bunu Ermənistanın, ermənilərin xahişi ilə etdi”Azərbaycanın Zəfəri ilə yadda qalan Aprel döyüşlərinin mahiyyətini və nəticələrini, ordumuzun gücünü etiraf etmək istəməyən erməni mediası, erməni siyasiləri dörd günlük müharibə barədə təhrif dolu açıqlamalar, informasiyalar yayırlar. Bununla da bir növ məğlubiyyətlərini ört-basdır etməyə cəhd edirlər. Aprel döyüşlərinin nəticələri bütün dünyaya məlumdur və Azərbaycan Ordusunun qələbəsi də göz önündədir. Ermənilər bu şanlı Zəfəri təhrif etməklə heç nə qazanmırlar, əksinə, bir daha özlərini aldatmış olurlar.Aprel döyüşlərinin 8 illiyi ilə əlaqədar bir sıra erməni siyasilər həqiqətə uyğun olmayan iddialar səsləndirirlər.Dünya etiraf etməsə də, yaxşı bilir ki, Aprel döyüşləri Ermənistanın hücumunun, növbəti işğal məqsədinin qarısının alınması üçün başlayıb və dörd gün ərzində ordumuz Ermənistanın silahlı təcavüzkar dəstələrini yerində oturdub, “Lələ Təpə”ni azad edib, bir neçə stateji yüksəkliyə nəzarəti əldə edib. Amma ermənilər belə qələmə vermək istəyirlər ki, guya Aprel döyüşlərində Ermənistan qələbə qazanıb və bu onun son qələbəsi olub.Ermənistan Milli Assambleyasının keçmiş deputatı Naira Zohrabyan Facebook səhifəsində yenə də həqiqətə uyğun olmayan fikirlər yazıb. O iddia edir ki, guya Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putin vasitsilə onlardan “Aprel döyüşlərinin dayandırılmasını xahiş edib”.N.Zöhrabyanın feysbuk hesabında yazdığı bu ağ yalana heç uşaq belə inanmaz. Onun  Azərbaycan Prezidentinin adını bu şəkildə hallandırması absurddur, yolverilməzdir. Əslində, Aprel döyüşləri zamanı Rusiya başda olmaqla Ermənistanı dəstəkləyən bütün dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycana təzyiq göstərib müharibəni dayandırmasını istəyirdilər. Amma heç biri etiraf etmirdi ki, Azərbaycan ordusu Ermənistanın təcavüzünün qarşısını alır və müharibə Azərbaycan ərazisində gedir, Ermənistan ərazisində getmir.Erməni deputat Ermənistanın baş naziri Nikol Paşinyanı da ittiham edir ki, o, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. “8 il əvvəl o günlərdə müxalifətçi Nikol və ABŞ səfirliyinin mühafizəçisi ilə siyasi məsləhətləşmələr aparan bəzi qüvvələr 400 hektar ərazini tarixi vətən itkisi elan edərək, bu barədə bütün gücləri ilə həmrəyliklə “oxudular”-deyə o yazıb.Guya Aprel döyüşlərində Ermənistan ordusu “şücaətlə” vuruşub, guya fərarisi, təslimçisi olmayıb. Yenə mifik erməni ordusunu tərifləyir, o ordunu ki, 44 günlük müharibədə Azərbaycan ordusu darmadağın etdi. Zöhrabyan da digər şovinistlər, daşnaklar kimi qeyri-real danışır və yazdığı hər bir söz yalandan və saxtakarlıqdan başqa bir şey deyil.“Naira Zöhrabyanın Aprel döyüşlərini xatırlayıb bu cür yalanlar uydurması, təbiidir ki, daxili siyasətlə bağlıdır”Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “Naira Zöhrabyanın Aprel döyüşlərini xatırlayıb bu yalanları uydurması, təbiidir ki, daxili siyasətlə bağlıdır. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun irəli getməsinə Rusiya mane oldu, Rusiya bunu Ermənistanın, ermənilərin xahişi ilə etdi. Həmin dövrdə müxalifətdə olan Nikol Paşinyan “itirilmiş torpaqlarla” bağlı böyük kampaniyaya başlamışdı. İndi ona qarşı mövcud reallıqdan istifadə etməyə çalışırlar və Paşinyana deyirlər ki, o dövrdə bir neçə yüz hektar ərazi Azərbaycanın nəzarətinə keçmişdi və sən belə hay-küy qaldırmışdın.  Ancaq deyir ki, o dövrdə bir fərari belə yox idi, son 44 günlük müharibədə Ermənistanda təqribən 11 min fərari oldu, eyni zamanda itirilən torpaqlar da o qədər çox deyildi, cəmi 400 hektar torpaq itirilmişdi. Zöhrabyan bunu deyir, sonra da qələbədən danışır. Guya Azərbaycan hərbi əməliyyatların dayandırılması üçün Rusiyaya müraciət edib. Əgər yüksəkliklər ələ keçirilmişdisə, onların dediyi kimi 400 hektar torpaq azad olunmuşdusa, Azərbaycan Ordusu irəli gedirdisə, nədən biz xahiş etməli idik ki, hərbi əməliyyatlar dayandırılsın?  Erməni yalançılığı, erməni riyakarlığı hər addımda özünü göstərir və biz də bu reallığı qəbul etməliyik. Bəxtimizə belə qonşular düşüb. Hər dəfə onların danışdıları yalanları eşidəndə təəccüblənməyə bilmirsən ki, bu qədər də yalan danışmaq olarmı? Ermənilər gülə-gülə Azərbaycan ərazisini tərk edirlər Ermənistanda hay-küy qalxır ki, “etnik təmizləmə” baş verib. Heç bir zorakılıq yox, heç bir məcburetmə yox, ancaq bizi “etnik təmizləmədə” günahlandırırlar. Yaxud Azərbaycan əks-hücuma keçib işğal altında olan əraziləri azad etmək istəyir, ermənilər hay-küy qaldırırlar ki, Azərbaycan “Arsax”a qarşı müharibə başlayıb. Çox təəssüf ki, bəzən erməni səsinə səs verən bizim “həmvətənlərimiz” də tapılır”-deyə bildirdi.A.Səmədovun sözlərinə görə, bu gün Ermənistanda vəziyyət həddindən artıq gərgindir, həlledici günlər yaşanır, nəyin bahasına olursa olsun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd göstərilir. A.Səmədov hesab edir ki, burada xarici əllər də kifayət qədərdir, Rusiya Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında maraqlıdır, onun üçün hər şey etməyə çalışır, hərçənd ki, onun edə biləcəyi hər şey o qədər də çox deyil, çünki başı Ukraynaya qarışıb, Ukraynada ciddi uğura nail olmaq istəyir. ABŞ və Qərb ölkələrinin Paşinyanı hakimiyyətdə saxlamağa cəhd göstərdiyini deyən A.Səmədov qeyd etdi ki, hələlik hər şey onların istədiyi kimi davam edir. “Hələlik Paşinyan möhkəm dayanıb və ən əsası ona qarşı dura biləcək elə bir alternativi, rəqibi yoxdur. Bu da Qərbin işini bir qədər asanlaşdırır. Ancaq hərbi çevriliş ehtimalı da qalmaqdadır. Bu məqsədlə bu cür yalanlar uydurulur, xalqın içində Paşinyana qarşı narazılığı artırmağa bu yollarla cəhd göstərilir. Hələ bundan sonra da yəqin ki, daha böyük yalanlar ortaya çıxacaq və bu yalanların hesabına cəhd göstərəcəklər ki, Paşinyanı zorakılıqla hakimiyyətdən uzaqlaşdırsınlar. Ancaq nəzərə almaq lazımdır ki, Rusiyanın imkanları bir tərəfdən məhduddur, digər tərəfdən, ABŞ-ın Ermənistandakı səfirliyi kifayət qədər hərbiləşdirilmiş səfirlikdir, az qala sayı 2500-ə çatan əməkdaşlarının təqdibən yarısı dəniz piyadalarıdır. Əgər əlavə qüvvələr də yeridilməyibsə.  Ona görə də ABŞ əlindən gələni edəcək ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmasın. Biz də, təbiidir ki, bunda maraqlıyıq, çünki artıq sülhə həddən artıq yaxınıq və Azərbaycan Prezidenti də bunu NATO-nun baş katibi ilə görüşündə qeyd etdi. Bu prosesin pozulmaması üçün Paşinyanın hakimiyyətdə qalması bizim üçün son dərəcə vacibdir”-deyə A.Səmədov bildirdi.İradə SARIYEVA

Seçilən
171
50
Mənbələr
Şərh ()
Bağla