AZ

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 12%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 372.2 milyon manatlıq əməliyyat aparıblar.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayına istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 38.4 milyon manat və ya 11.5% çoxdur. Təkcə fevral ayında bu göstərici 184.3 milyon manat olub. 
Ötən ilin eyni dövründə Azərbaycanda xaricilərin bank kartları ilə həyata keçirdikləri əməliyyatların dəyəri 333.8 milyon manata, 2022-ci ilin yanvar-fevral aylarında isə 391.2 milyon manata bərabər olub. Ən sərfəli kredit üçün müraciət et



Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
3
banco.az

7Mənbələr