AZ

Dünya bazarında təbii qaz su qiymətinə olacaq – Analitiklərdən qorxunc proqnoz

Qlobal bazarlar qışın isti keçməsi səbəbindən həddindən artıq qaz təklifi ilə üzləşib.

Bu barədə CNBC analitik məlumatlara istinadən yazır.

Morgan Stanley-in proqnozlarına görə, yaxın illərdə qaz bazarında təklif uzun illərin rekorduna çatacaq çatacaq. Bankın strateqləri qeyd edirlər ki, hazırda dünyada ildə 150 milyon tondan çox mayeləşdirilmiş təbii qaz (LNG) hasil etmək üçün potensial yaradılır və bu, tədarükün daha da artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq.

S&P eksapertləri bildirirlər ki, təbii qaz qiymətləri ABŞ, Avropa və Şimali Asiya kimi Şimal yarımkürə regionlarında qışın mülayim keçməsi səbəbindən aşağı düşür. Belə ki, ABŞ-da (dünyanın ən böyük LNG istehlakçısı) arxada qoyduğumuz qış mövsümü müşahidələr tarixində ən isti, Avropada isə ikinci ən isti qış oldu. Nəticədə isitməyə və qaza olan tələbat kəskin şəkildə azaldı.

Ekspertlərə görə, yanacağın ucuzlaşmasından ən çox Avropa ölkələri qazanacaq. Rusiyadan qaz tədarükünün kəsilməsindən sonra AB-yə LNG idxalı üçdə bir artıb və aşağı qiymətlər yanacağın əlçatan olmasını təmin edir. Aşağı xərclər həm də Hindistan və Taylandın xeyrinədir, burada idxal olunan qaz ümumi enerji təchizatının 30-50 faizini təşkil edir.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Asiya-Sakit okean regionu ölkələrinə LNG tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 24 milyon tona çatıb. Kpler analitiklərinin fikrincə, idxal artım templərində liderlər Çin, Hindistan və Tayland olub. Birincisi, 2023-cü ilin mart ayı ilə müqayisədə alışları 22 faiz, ikincisi isə demək olar ki, 30 faiz artırıb.

Seçilən
174
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18884
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18730
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17983
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17257
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15750
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15299
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15099
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15014
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11457
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11092
"Zaur, yenə çaşdın..." - VİDEO
8699
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7774
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7120
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6983
Minimum əmək haqqı nə qədər arta bilər?
6931
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6679
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5826
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5605
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
5499