AZ

Bayden və Si Cinpin “TikTok”u müzakirə etdilər


ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Cinpin telefon danışığı zamanı “TikTok” sosial şəbəkəsi ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“O, Prezident Si Cinpinə aydın şəkildə bildirdi ki, söhbət proqramı qadağan etməkdən getmir, biz Amerikanın milli təhlükəsizlik maraqlarını qorumaq və amerikalıların məlumatlarını təhlükəsiz şəkildə saxlamaq üçün onun silinməsində maraqlıyıq”, – Kirbi deyib.
ABŞ administrasiyası rəsmilərinin ABŞ-nin keçmiş maliyyə naziri Stiven Mnuçinlə onun “TikTok”u əldə etmək planlarını müzakirə edib-etmədiklərini soruşduqda isə Kirbi bundan xəbərsiz olduğunu bildirib. Ağ Ev sözçüsünə görə, Mnuçin şəxsi sahibkar kimi bu cür məlumatlara özü münasibət bildirməlidir.
Qeyd edək ki, Mnuçin daha əvvəl “CNBC”yə “TikTok”u əldə etmək üçün bir qrup investor topladığını bildirmişdi.
Xatırladaq ki, qısa videolar yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ildə istifadəyə verilib. Əvvəllər Amerika administrasiyasının nümayəndələri dəfələrlə belə fikirlər səsləndiriblər ki, Çin sosial şəbəkəsi ABŞ üçün təhlükə yaradır və bu və ya digər şəkildə aradan qaldırılmalıdır. Vaşinqtonun fikrincə, Çin hakimiyyəti və kəşfiyyat xidmətləri bu sosial şəbəkədən istifadə edərək, ABŞ da daxil olmaqla məlumat toplaya bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
yeniavaz.com

9Mənbələr