AZ

Seneqala yeni Baş nazir təyin edilib

Seneqal Prezidenti Bassiro Diomaye Fay Usman Sonkonu ölkənin Baş naziri təyin edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "L Agence de presse senegalaise" (APS) məlumat yayıb.

Mari Teu Nian dövlət başçısı Aparatının rəhbəri təyin edilib. APS-nin məlumatına görə, Seneqal hökumətinin tərkibi yaxın vaxtlarda açıqlanacaq.

Sonko Seneqal Vətənpərvərləri İş, etika və qardaşlıq Partiyasına rəhbərlik edir. Onun martın 24-də keçirilən prezident seçkilərində iştirakına icazə verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
71
4
Mənbələr
Şərh ()
Bağla