AZ

Bu gün 24 dərəcə isti olacaq

Aprelin 3-də Azərbaycanda hava yağmursuz olacaq.Bolgə.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
50
bolgexeber.com

10Mənbələr