AZ

Narışkin: "ABŞ Rusiyaya terror aktı hazırlayacağı barədə xəbərdarlıq edib, lakin..."

Rusiya Federal Təhlükəsizlik Xidməti gözlənilən terror aktından xəbərdar olub, ABŞ kəşfiyyat xidmətlərindən xəbərdarlıq alınıb, lakin bu məlumat "Crocus City Hall"da terror aktının qarşısını almaq üçün kifayət etməyib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

"Bəli, həqiqətən də, Federal Təhlükəsizlik Xidməti ABŞ kəşfiyyat xidmətlərindən müəyyən məlumat alıb. Amma həmkarlarımızın dediyi kimi, məlumatlar çox ümumi idi və bu dəhşətli cinayətdə iştirak edənləri tam müəyyənləşdirməyə imkan vermədi", deyə Narışkin deyib.

Daha əvvəl FTX-nın direktoru Aleksandr Bortnikov bildirib ki, ABŞ həqiqətən də Rusiyaya ölkədə terror aktı hazırlandığı barədə məlumat ötürüb və hakimiyyət "belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görüb".

"Reuters" yazıb ki, "Crocus"a hücumdan bir qədər əvvəl İran Rusiyaya İŞİD-in əfqan qolunun terror hücumu hazırlaması barədə xəbərdarlıq edib. Mənbələrdən birinə görə, İran kəşfiyyatı Rusiyada terror aktının hazırlanması barədə məlumatı İŞİD yaraqlılarının dindirilməsi zamanı əldə edib. Hücumdan sonra İŞİD buna görə məsuliyyəti üzərinə götürüb. Bundan əlavə, İŞİD adından nəşr olunan "Ən-Nəba" qəzetində Rusiyanın "mücahidlər qarşısında uğursuzluğu"nu etiraf etmədiyini, "Qərb düşərgəsində" rəqiblərini günahlandırmağa üstünlük verdiyini yazıb.(qaynarinfo)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
50
olke.az

10Mənbələr