AZ

Bölgələrdə dəhşətli qəzalar - Bir ailənin 3 üzvü avtomobildə yanaraq ÖLDÜVİDEO

Astarada baş verən qəzada bir ailənin 3 üzvü yanaraq ölüb. Dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun 201 ci km-də Astara rayonunun Ərçivan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, ryonun  Şiyəkəran kənd sakini 31 yaşlı Mirzəmməd Əliyevin idarə etdiyi  avtomobil   idarəetmədən çıxaraq yol kənarında hərəkətsiz dayanan, Rusiya vətəndaşı 56 yaşlı Maqamed Abdullaşa məxsus  yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən minik avtomobili alışaraq yanıb. Qəza nəticəsində sürücü Mirzəmməd Əliyev, onun həyat yoldaşı 22 yaşlı Fərqanə Əliyeva və onların 3 yaşlı qızı Gülxanım Əliyeva avtomobildə yanaraq ölüblər.

Dərhal hadisə yerinə   2 yanğınsöndürən avtomobil  və canlı qüvvə, eləcə də xilasedicilər  cəlb olunub. Yanan avtomobil söndürülüb.  Meyitlər xilasedicilərin köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yayılan məlumata görə, ailə bakıdan astaraya gedibmiş. Onlar kənddə yaxınlarını gördükdən sonra astara şəhərinə parka gəzintiyə çıxmaq qərarına gəliblər. Hadisə də elə bu zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
165
50
Mənbələr
Şərh ()
Bağla