AZ

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-ü səhərdən axşamadək Bakıda və Abşeron yarımadasında havanın dəyişəcəyi, şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, küləyin maksimal sürətinin saniyədə 15-20 metr olacağı, sürətin arabir 23-28, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır. Gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-də Azərbaycanın rayonlarında da hava şəraitinin dəyişəcəyi, qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 metrədək güclənəcəyi ehtimalı var.

Şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı bildirilir.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

AzVision.az

Seçilən
108
49
Mənbələr
Şərh ()
Bağla