AZ

Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi nəzərdə tutulur

Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi nəzərdə tutulur.

Bunu “Report”a müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, bəzi spesifik sahələr var ki, bu istiqamətlərdə mövcud tarixi ənənələr davam etdirilməlidir: “Məsələn, Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi planlaşdırılır. Çünki Şuşa bizim musiqimizin, mədəniyyətimizin beşiyi olan şəhərdir və oradakı peşə təhsil müəssisəsinin bu il layiləhələndirilməsi zamanı həmin ixtisasın nəzərə almağı planlaşdırırıq. Bəlkə də Azərbaycanda yeganə müəssisə olacaq ki, orada bu ixtisas tədris olunacaq”.

Seçilən
132
3
Mənbələr
Şərh ()
Bağla