AZ

Narışkindən etiraf: “ABŞ bizi məlumatlandırdı ki...”

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ tərəfindən “Crocus City Hall”da mümkün terror təhlükələri ilə bağlı müəyyən məlumat alıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Məlumat həddən artıq ümumi idi və bu dəhşətli cinayətdə iştirak edənləri tam müəyyənləşdirməyə imkan vermədi”, - xidmət rəhbəri bildirib.

ABŞ hökuməti bundan əvvəl terror aktı barədə öncədən Rusiya rəhbərliyini məlumatlandırdığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
193
17
Mənbələr
Şərh ()
Bağla