AZ

Putin növbəti terror aktları ilə bağlı xəbərdarlıq edib

"Crocus City Hall” terror aktını sifariş edənlər mütləq tapılacaq.

Bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegial iclasında çıxışı zamanı deyib.

O bildirib ki, zəncirin bütün halqalarını tamamlamaq və terror aktından son faydalananları müəyyən etmək vacibdir.

V.Putin həmçinin qeyd edib ki, fövqəladə hallara qarşı hazırlıq artırılmalıdır: "Ölkədəki ictimai yerlər diqqətlə qorunmalıdır”.

Rusiya liderinin sözlərinə görə, Moskva vilayətindəki terror aktı ilə bağlı vəziyyətin təhlili son dərəcə obyektiv və peşəkar olmalıdır: "Çünki bu hadisə bizə çox baha başa gəldi”.

O, sözügedən terror aktının ölkə daxilində nifaq salmaq üçün törədildiyini bildirib və bunun qəbuledilməz olduğunu diqqətə çatdırıb: "Bu terror aktını sifariş edənlər Rusiyanı parçalamaq istəyirdilər”.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində "Crocus City Hall” konsert zalında yerli "Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.
 
 

Seçilən
191
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17637
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17335
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16369
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14794
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13789
Çingiz Mustafayevin toyudur - FOTOLAR
10994
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10366
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
9534
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
9414
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
8896
"Zaur, yenə çaşdın..." - VİDEO
8307
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7157
Minimum əmək haqqı nə qədər arta bilər?
6507
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6152
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5858
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4963
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4832
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4700
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
3988