AZ

FHN-in atletika komandasından yüksək nəticə

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika üzrə yarış keçirilib. 4 növdə (60 m, 800 m, 4x200 m məsafəyə estafet qaçısı və uzunluğa tullanma) keçirilən yarışlarda dövlət qurumlarından olan iştirakçılar şəxsi birincilik üzrə öz güclərini sınayıblar.

Publika.az xəbər verir ki, turnirdə 4 nəfərlə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət komandası Nazirliyin İdman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənlinin rəhbərliyi altında əzmkar mübarizə apararaq yüksək nəticələr əldə ediblər. Belə ki, uzunluğa tullanma yarışında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Yevgeniy Kasilov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan əlavə, Yevgeniy Kasilov 60 metr məsafəyə qaçış yarışında gümüş medalın sahib olub. Komandanın digər üzvləri - Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov və FHN-in Akademiyasının əməkdaşı Əli Hacıyev 800 metrə məsafəyə qaçışda müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom, medal və hədiyyələrlə təltif olunublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur əldə etmiş əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Seçilən
81
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1138
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
754
Sabah 5 kəndin qazı kəsiləcək
521
Bu yol qovşağında təmir işləri aparılacaq
498
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
418
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
333
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
279
Bakıda 9 otaqlı evdə yanğın baş verib
271
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
261
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
242
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
173
Çingiz Mustafayevin toyudur - FOTOLAR
173
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
161
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
127
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
118
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
77
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
74
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
67