AZ

İstanbulda bir nəfər 3 mağazaya əl qumbarası atdı - ANBAAN VİDEO

Ötən gecə Türkiyənin İstanbul şəhərində qorxu dolu anlar yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəhərin Başakşehir rayonunda maskalanmış iki nəfər 3 dükanın önünə əl bombası ataraq partladıb.

Baş verən hadisə yaxınlıqdakı təhlükəsizlik kameralarına anbaan əks olunub.

Partlayış nəticəsində iş yerlərinin şüşələri qırılıb.

Ətrafdakıların vəziyyəti xəbər verməsinin ardından hadisə yerinə polis qrupları sövq edilib.

Terrorla Mübarizə Şöbə Müdirliyi, hadisə yeri araşdırma və bomba zərərsizləşdirmə qrupları ətrafda araşdırma aparıb.

Hazırda polis hücumdan sonra qaçan şübhəlilərin tutulması üçün işlərini davam etdirir.

Seçilən
193
14
Mənbələr
Şərh ()
Bağla