AZ

ABŞ-da bir nəfər inəkdən quş qripinə yoluxub

ABŞ-da

Bakı, 2 aprel, AZƏRTAC

ABŞ-ın Texas ştatında bir nəfərin inəkdən H5N1 quş qripi virusuna yoluxduğu təsdiqlənib. Bu ölkədə qeydə alınan ikinci oxşar hadisədir.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın səhiyyə orqanları quş qripinin amerikalılar üçün bir o qədər təhlükə yaratmadığını və infeksiyanın risk qiymətləndirməsinə təsir etmədiyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-2023-cü illər arasında dünyada cəmi 248 nəfər bu virusa yoluxub, onlardan 139-u həyatını itirib.

Qeyd edək ki, quş qripi virusu artıq yalnız quşlarda deyil, tülkü, su samuru və ayı kimi məməlilərdə də aşkarlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
13
Mənbələr
Şərh ()
Bağla