AZ

Sabah hava necə olacaq?

Ölkə ərazisində aprelin 3-də Azərbaycanda hava yağmursuz olacaq...Poliqon xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq