AZ

Türkiyədə ata iki azyaşlı qızını silahla vurdu

Türkiyənin İzmir şəhərində ailə faciəsi baş verib.

"Unikal" xəbər verir ki, Umut Akbaş adlı şəxs iki azyaşlı qızını silahla vurub, daha sonra intihara cəhd edib. 

Silah səslərini eşidən qonşular polisə məlumat veriblər. Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım briqadası cəlb olunub. İnsident nəticəsində 10 yaşlı S.A  yerindəcə ölüb, 6 yaşlı T.A və ata ağır vəziyyətdə  xəstəxanaya aparılıb. 

 Məlum olub ki, 34 yaşlı Umudun psixoloji problemləri var. Həyat yoldaşından boşanma prosesində olan Umud qızları ilə vaxt keçirmək istəyib. 

Seymur Əli 

Seçilən
158
45
Mənbələr
Şərh ()
Bağla